Qelebə.az / ÇL: “Neftçi” PAOK-la qarşılaşacaq

ÇL: “Neftçi” PAOK-la qarşılaşacaq

25-07-2026, 13:30

Qadın futbolçulardan ibarət “Neftçi” klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.

Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.

Geri qayıt