“Mançester Siti” Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Xusanov 2025-ci ilin yanvarında Fransanın “Lans” klubundan “Mançester Siti”yə transfer olunub. O, bu müddətdə bütün turnirlərdə 47 oyunda meydana çıxıb və 1 qol vurub.
Özbəkistanlı müdafiəçi “şəhərlilər”in heyətində İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.