Qelebə.az / Bakıda beynəlxalq texniki seminara start verilib

Bakıda beynəlxalq texniki seminara start verilib

Bu gün, 19:43

Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib.

Sessiyalara Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkio rəhbərlik edirlər.

Seminarda EJU-nun idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov, yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının məşqçisi Kotaro Sasaki, həmçinin yerli mütəxəssislər Rafiq Nəcəfov və İsmayıl Rzayev də təlimçi qismində iştirak edirlər.

Üç gün davam edəcək seminarda 200-dən çox yeniyetmə cüdoçu iştirak edir. Təlimlər zamanı idmançılar müasir texniki və taktiki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə yaxından tanış olur, dünya səviyyəli cüdoçuların bilik və təcrübəsindən faydalanırlar. Seminar iştirakçılar üçün yalnız yeni bacarıqlar qazanmaq deyil, həm də uğurlu idmançıların peşəkar yolunu yaxından öyrənmək və onlardan motivasiya almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, iyulun 25-26-da Azərbaycan Avropa Cüdo Birliyinin təqviminə daxil olan Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək. Seminar iştirakçılarının əməhz bu beynəlxalq yarışda qüvvəsini sınayacaq.

Geri qayıt