Qelebə.az / KL: "Zirə" “Payde”yə məğlub olub

KL: "Zirə" “Payde”yə məğlub olub

Dünən, 23:27

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Zirə" Estoniyada yerli "Payde"nin qonağı olub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubunu mübarizədən kənarlaşdırıb.

"Payde" isə Cəbəllütariqin "Maqpis" kollektivini üstələyərək növbəti mərhələyə yüksəlib.

Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00
"Payde" (Estoniya) – "Zirə" (Azərbaycan) 1:0
Baş
hakim: Roman Jitari (Moldova)
Stadion: "Rannastaadion" (Pyarnu, Estoniya)

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Matçın qalibi III təsnifat mərhələsində "Sent Patriks" (İrlandiya) – "Nomme Kalyu" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Nikita Baranov, 3. Viktor Hüqo, 2. Maykl Lilander, 11. Madu Sohna, 28. Oskar Hölm (k), 10. Martin Miller, 77. Daniel Luts, 19. Siim Luts, 30. Abdurahman Badamosi

Ehtiyat oyunçular: 56. Mattias Sapp, 4. Pedro Andrade, 6. Daniel Kabral, 8. Henrik Ojama, 9. Henri Anyer, 14. Mamadu Jobarte, 16. Aleksandr Suroqin, 17. Pa Abdu Çam, 20. Krostofer Pit, 21. Ramon Smirnov, 24. Rome Niqula

Baş məşqçi: Mika Laurikaynen

"Zirə": 13. Aydın Bayramov, 20. İssa Cibrila, 4. Ruan Renato, 2. Amin Seydiyev, 32. Qismət Alıyev (k), 17. Vierinya, 21. Quima, 11. Martins Junior, 93. İbrahim Konate, 7. Eren Aydın, 9. Davit Volkov

Ehtiyat oyunçular: 72. Hüeynəli Quliyev, 99. Səlim Həşimov, 5. Anje Mutsinzi, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 22. Ayxan Hüseynov, 29. Krismael Diqbeu, 77. Yeqor Boqomolski

Baş məşqçi: Rəşad Sadıqov.

Geri qayıt