Qelebə.az / "Qarabağ"ın legioneri bir ay oynamayacaq

"Qarabağ"ın legioneri bir ay oynamayacaq

20-02-2023, 16:56

"Qarabağ"ın futbolçusu Marko Yankoviç 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Klubdan "Report"a verilən məlumata görə, buna monteneqrolu yarımmüdafiəçinin Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnməsidir.

Həkim müayinəsindən keçən 28 yaşlı oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtıq aşkar edilib.

Geri qayıt