"Araz-Naxçıvan" heyətini daha bir legionerlə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Naxçıvan təmsilçisi qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu karyerası ərzində "Satellite", "Kaloum", "Qanqan", Bakı "Neftçi"si, "Olimpiakos", "Rodina Moskva", "Auda", "Etnikos" və "Pafos" klublarında çıxış edib.
Mamadu Kane 2020-ci ildən Qvineya millisinin formasını geyinir. O, yığmada keçirdiyi 19 oyunda 5 qola imza atıb. Futbolçu daha əvvəl ölkəsinin U-20 millisində də çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" yay transfer dövründə Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçi də heyətinə cəlb edib.