Qelebə.az / Neymar dörd həftəlik sıradan çıxıb

Neymar dörd həftəlik sıradan çıxıb

20-02-2023, 17:11

Fransanın PSJ klubunun futbolçusu Neymar 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna 31 yaşlı hücumçunun "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV oyununda zədələnməsi səbəb olub.

İlkin müayinə zamanı braziliyalı forvardın sağ topuq oynağının bağlarının qismən qopması müəyyən edilib.

Beləliklə, Neymar martın 8-də Almaniyada "Bavariya"ya qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında da iştirak etməyəcək.

Qeyd edək ki, Fransadakı ilk qarşılaşmada Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Geri qayıt