Kiyev "Dinamo"su hücumçusu Matviy Ponomarenko ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, Ukrayna klubu 19 yaşlı futbolçu ilə 5 illik yeni sözləşmə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Ponomarenko 2031-ci ilin yayına qədər Kiyev təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Dinamo"nun akademiyasının yetirməsi olan Matviy Ponomarenko ötən mövsüm əsas komandanın heyətində bütün turnirlərdə 26 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Ukraynanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edir.