Daha əvvəl xəbər verdiyimiz kimi “Neftçi”nin sabiq futbolçusu Freddi Varqas yenidən Bakı klubuna qayıdıb.
QELEBE.AZ xəbər verir ki, venesuelalı yarımmüdafiəçi artıq Azərbaycandadır.
“Neftçi” 27 yaşlı vingerlə 3 illik (2+1) müqavilə imzalayıb.
Onun aylıq maaşının isə 35-40 min dollar olacağı bildirilir.
Freddi Varqas ötən mövsüm icarə əsasında “Neftçi”də çıxış edib. O, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Varqas karyerası ərzində Venesuelanın "Deportivo Lara" və "Metropolitanos", ABŞ-ın "Dallas" və "North Texas", İsrailin "Makkabi Bney Reyne" və "Makkabi Netanya" klublarının formasını geyinib. O, Venesuela millisində də 3 oyun keçirib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 900 min avro olaraq qiymətləndirir.