"Qalatasaray"ın müdafiəçisi Davinson Sançez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə "Əl-Əhli" yaxından maraqlanır.
Məlumata görə, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Matias Yaysl Davinson Sançez barədə onu yaxından tanıyan şəxslərdən məlumat alıb. "Əl-Əhli"nin yaxın vaxtlarda "Qalatasaray"a rəsmi təklif göndərəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl İtaliyanın "Komo" klubunun da təcrübəli müdafiəçi ilə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Davinson Sançezin "Qalatasaray"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalına əsasən, 29 yaşlı futbolçunun bazar dəyəri 16 milyon avro təşkil edir.