"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, ukraynalı mütəxəssis komandasının həm ölkə daxilində, həm də avrokuboklarda iddialı olduğunu bildirib.
"Neftçi"nin 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır. Bunlar üçün bizə zaman lazımdır.
Vernidub rəqibin hazırkı durumunu da dəyərləndirib:
"Dinamo" hazırda öz ölkəsinin lideridir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digərləri haqqında düşünməliyik".
Qeyd edək ki, "Neftçi" - "Dinamo" oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə iyulun 30-da baş tutacaq.