Midli Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Kəpəz” yoxlama oyununda üz-üzə gəliblər.
QELEBE.AZ xəbər verir ki, Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.
Matç qapılara vurulan qol olmadan – 0:0 hesabı ilə başa çatıb.