Qelebə.az / İdmançımız Belarus Açıq Kubokunda bürünc medal qazandı

İdmançımız Belarus Açıq Kubokunda bürünc medal qazandı

Dünən, 11:54

Azərbaycan millisinin üzvü Fatimə Alkərəmova Belarus Açıq Üzgüçülük Kubokunda fəxri kürsüyə yüksəlib.

QELEBE.AZ xəbər verir ki, Minskdə keçirilən yarışda təmsilçimiz qarışıq üsulla 400 metr məsafəni 5:11.93 nəticə ilə başa vuraraq bürünc medal qazanıb.

Fatimə Alkərəmova bras üsulu ilə 100 metr məsafədə də şəxsi rekordunu yeniləyib. O, məsafəni 1:17.41 nəticə ilə başa vuraraq əvvəlki ən yaxşı göstəricisini (1:17.50) geridə qoyub.

Qeyd edək ki, Belarus Açıq Üzgüçülük Kuboku iyulun 14-18-də keçirilib. Azərbaycanı yarışda Fatimə Alkərəmova təmsil edib. Onun məşqçisi Yana Xasyanovadır.

Geri qayıt