Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, “Neftçi”nin də potensial rəqibi bəlli olacaq.
“Ağ-qaralar” II təsnifatda Minsk “Dinamo”sunu keçəcəyi halda, növbəti mərhələdə aşağıdakı komandalardan birinə rəqib olacaq:
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi.
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi.
“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo) cütünün qalibi.
AEK (Kipr) – “Beytar” (İsrail) cütünün qalibi.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk oyun iyulun 22-də Bakıda olacaq. Cavab görüşü bir həftə sonra Bolqarıstanda keçiriləcək.