Qelebə.az / Mbappe DÇ-2026-nın bombardiri olub

Mbappe DÇ-2026-nın bombardiri olub

Dünən, 02:15

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatının ən məhsuldar oyunçusu olub.

APA xəbər verir ki, forvard turnirin 8 oyununda 10 qol vuraraq bombardirlər siyahısına başçılıq edib.

İkinci yeri 8 oyunda 9 qolla Argentina millisinin hücumçusu Lionel Messi tutub.

27 yaşlı Mbappe 2024-cü ildən İspaniyanın "Real Madrid" klubunda çıxış edir.

O, Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə mundialın bombardiri seçilib.

Mbappe dünya çempionatları tarixində vurduğu 22 qolla rekordçudur.

Geri qayıt