Qelebə.az / Trinkao Ərəbistan klubunda - RƏSMİ

Trinkao Ərəbistan klubunda - RƏSMİ

19-07-2026, 16:34

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Fransişku Trinkaonun transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı portuqaliyalı vinger Portuqaliyanın “Sportinq” klubundan ayrılaraq Səudiyyə Ərəbistanı təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Transferin maliyyə detalları rəsmi açıqlanmasa da, tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, “Əl-Əhli” bu keçid üçün 45 milyon avro ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus da nəzərdə tutulub.

Trinkao ötən mövsüm “Sportinq”in əsas oyunçularından biri olub. O, bütün turnirlərdə keçirdiyi 47 matçda 11 qol vurub, 15 məhsuldar ötürmə edib.

Qeyd edək ki, portuqaliyalı futbolçu karyerası ərzində “Braqa”, “Barselona”, “Vulverhempton” və “Sportinq” klublarının da formasını geyinib.

Geri qayıt