ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bu gün müəyyənləşəcək.
QELEBE.AZ xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gələcək.
Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, İngiltərə üçüncü yer uğrunda görüşdə Fransanı 6:4 hesabı ilə məğlub edərək mundialın bürünc medalını qazanıb.
DÇ-2026
Final
19 iyul
23:00. İspaniya – Argentina
Baş hakim: Slavko Vinçiç
Nyu-York/Nyu-Cersi stadionu