Qelebə.az / Mbappe Messini geridə qoyub

Mbappe Messini geridə qoyub

Bu gün, 03:49

Fransa millisinin hücumçusu Kilian Mbappe Dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, İngiltərə ilə üçüncü yer uğrunda keçirilən matçda 2 dəfə fərqlənən Mbappe Dünya çempionatlarında vurduğu qolların sayını 22-yə çatdırıb.

Bu nəticə ilə o, argentinalı Lionel Messini geridə qoyaraq turnir tarixinin ən çox qol vuran futbolçusu adına yiyələnib.

Qeyd edək ki, Lionel Messinin hesabında hələ ki, 21 qol var.

Geri qayıt