UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Payde” – “Zirə” oyununun hakim təyinatları açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Roman Jitari olacaq. Ona yan xətt hakimləri Viktor Mardari və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək.
Qeyd edək ki, “Payde” – “Zirə” oyunu iyulun 23-də Estoniyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.