Qelebə.az / Mak Allister Messi haqda: “39 yaşında da fərq yaradır”

Mak Allister Messi haqda: “39 yaşında da fərq yaradır”

Bu gün, 14:32

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister Lionel Messinin yığma üçün əhəmiyyətindən danışıb.

Apasport.az xəbər verir ki, o, 39 yaşlı kapitanın komanda üçün hələ də əvəzolunmaz olduğunu bildirib:

“Bu, Messinin şəxsi qərarıdır. Açığı, onun qərarını verib-vermədiyini bilmirəm. Amma Leo hələ qərar verməyibsə, biz həmişə ona deyirik ki, bu yaşda da fərq yaradır. O, bizim üçün çox vacib futbolçudur. Messi ilə eyni komandada oynamaq bizim üçün böyük məna daşıyır. Ümid edirik ki, mümkün qədər uzun müddət millidə qalacaq. Amma sonda qərarı özü verəcək".

Qeyd edək ki, Argentina millisi iyulun 19-da DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq.

Geri qayıt