Qelebə.az / PSJ-dən iki futbolçu ilə bağlı qərar – Yeni müqavilələr hazırlanır

PSJ-dən iki futbolçu ilə bağlı qərar – Yeni müqavilələr hazırlanır

Bu gün, 11:23

PSJ yarımmüdafiəçisi Fabian Ruislə yeni müqavilə ilə bağlı razılığa gəlib.

QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

30 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsi 3 il müddətinə nəzərdə tutulacaq. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da yer alacaq.

Paris təmsilçisi mərkəz müdafiəçisi Vilyan Paço ilə də eyni şərtlərlə müqaviləni yeniləməyi planlaşdırır.

Qeyd edək ki, Fabian Ruis 2022-ci ilin yayında “Napoli”dən 23 milyon avro qarşılığında PSJ-yə keçib. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Geri qayıt