“Yuventus” Türkiyə millisinin futbolçusu Zeki Çeliki heyətinə qatıb.
QELEBE.AZ xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayıb. O, “Roma”dan azad agent kimi ayrılaraq “Yuventus”a keçib.
Türkiyəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zeki Çelik 2025/2026 mövsümündə “Roma”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Cinah müdafiəçisi karyerası ərzində “Bursaspor”, “İstanbulspor” və Fransanın “Lill” klublarında da çıxış edib.