Qelebə.az / "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə

"Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə

16-07-2026, 21:45

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Trabzon təmsilçisi İspaniyanın "Valensiya" klubunda çıxış edən Cenk Özkaçarla 3+1 illik müqavilə barədə razılığa gəlib.

Qeyd edək ki, 24 yaşlı mərkəz müdafiəçisi Türkiyə millisinin də üzvüdür. O, karyerası ərzində "Altay", "Lion", "Köln", "OH Leuven" və "Valensiya"nın formalarını geyinib.

Geri qayıt