Qelebə.az / Zidan Fransa millisində - Deşam dönəmi bitdi

Zidan Fransa millisində - Deşam dönəmi bitdi

15-07-2026, 11:49

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Didye Deşam yığmadakı fəaliyyətini başa vurmağa hazırlaşır. Bu qərar Fransa millisinin DÇ-2026-nın yarımfinalında İspaniyaya uduzaraq mübarizəni dayandırmasından sonra verilib.

Romano bildirib ki, Deşamı bu postda Zinəddin Zidan əvəzləyəcək.

Qeyd edək ki, 56 yaşlı Deşam Fransa millisini 2012-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə mundialın finalına, DÇ-2026-da isə yarımfinala yüksəlib.

Geri qayıt