Qelebə.az / Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı

Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı

Bu gün, 01:19

Fransa millisində Didye Deşam dövrü başa çatıb.

Apasport.az xəbər verir ki, Deşamın istefası komandasının 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.

57 yaşlı mütəxəssis hələ 2025-ci ilin yanvarında dünya çempionatından sonra vəzifəsindən ayrılacağını açıqlamışdı.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edirdi. Komanda onun başçılığı altında 2018-ci ildə dünya çempionu olub, DÇ-2022-nin finalına yüksəlib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Fransa millisi İspaniyaya məğlubiyyətdən sonra dünya çempionatında üçüncü yer uğrunda matçda mübarizə aparacaq.

Qeyd edək ki, Deşamın mümkün əvəzləyicisi kimi Zinəddin Zidanın adı çəkilir.

Geri qayıt