"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, klub Karl Darlounu transfer edib.
Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Uels millisinin 35 yaşlı qolkiperi ilə 2028-ci ilin iyununa kimi müqavilə bağlanıb.
O, daha öncə İngiltərənin "Lids", "Nyukasl", "Hall Siti" və "Nottinqem Forest" klublarında çıxış edib.