Fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu "Qalatasaray"a keçidini tamamlamaq üçün İstanbula gəlib.
QELEBE.AZ xəbər verir ki, yeni transfer hava limanında klub televiziyasına ilk açıqlamasını verib.
"Qalatasaray"a gəldiyim üçün çox xoşbəxtəm. Çox böyük kluba gəlmişəm. Uşaqlıqdan həmişə böyük komandalarda oynamağı arzulayırdım. Bu gün isə "Qalatasaray" kimi böyük klubun futbolçusuyam. Bununla qürur duyuram. Uşaqlıq arzum gerçəkləşdi", - deyə Uqoçukvu bildirib.
Qeyd edək ki, 21 yaşlı futbolçu "Qalatasaray"a İngiltərənin "Bernli" klubundan keçib. İstanbul təmsilçisi fransız yarımmüdafiəçini 2 milyon avro icarə haqqı və 25 milyon avroluq şərti satınalma maddəsi ilə heyətinə qatıb.