Qelebə.az / "Roma" Dibala ilə bağlı qərarını verdi - RƏSMİ

"Roma" Dibala ilə bağlı qərarını verdi - RƏSMİ

Dünən, 17:26

"Roma" Paulo Dibalanın mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumçu ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. 33 yaşlı futbolçu ötən mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt