Qelebə.az / “Çelsi”dən “Yunayted”ə - RƏSMİ

“Çelsi”dən “Yunayted”ə - RƏSMİ

Bu gün, 17:06

“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santosu transfer edib.

QELEBE.AZ xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı futbolçu üçün London klubuna 50 milyon funt sterlinq ödəyəcək.

Razılaşmaya əsasən, bu məbləğin 48 milyon funtu zəmanətli ödəniş, 2 milyon funtu isə bonuslar şəklində nəzərdə tutulub. Həmçinin “Çelsi” futbolçunun növbəti satışından 10 faiz pay əldə edəcək.

22 yaşlı yarımmüdafiəçi 2023-cü ildə Braziliyanın “Vasko da Qama” klubundan “Çelsi”yə transfer olunmuşdu. O, daha sonra “Nottingem Forest” və Fransanın “Strasbur” klublarında icarə əsasında çıxış edib.

Andrey Santos ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Geri qayıt