Qelebə.az / “Barselona”da ayrılıq: TORRESƏ YOL GÖRÜNDÜ

“Barselona”da ayrılıq: TORRESƏ YOL GÖRÜNDÜ

Bu gün, 20:58

"Barselona"da ayrılıq yaşana bilər.

QELEBE.AZ xəbər verir ki, klub hücumçusu Ferran Torreslə vidalaşmağa hazırlaşır.

Kataloniya təmsilçisi 26 yaşlı futbolçu üçün 35 milyon avrodan yüksək təklifləri dəyərləndirməyə hazırdır.

Buna səbəb isə Torresin müqaviləsinin son ilinə qədəm qoymasıdır.

Qeyd edək ki, Ferran ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 21 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Geri qayıt