Qelebə.az / DÇ-2026: İngiltərə yarımfina yüksəlib

DÇ-2026: İngiltərə yarımfina yüksəlib

Bu gün, 03:47

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilir.

QELEBE.AZ xəbər verir ki, günün ilk qarşılaşmasında Norveç və İngiltərə milliləri münasibətlərinə aydınlıq gətirir.

Oyunda hesab 36-cı dəqiqədə açılıb. Şeldrup Norveç millisini hesabda önə çıxarıb. İngilislər 45+2-ci dəqiqədə hesabı bərabərləşdirib. Cud Bellinqem bərabərlik qolunun müəllifi olub: 1:1.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və oyun əlavə vaxta gedib.

93-cü dəqiqədə İngiltərə millisi hesabda önə keçib. Cud Bellinqem özünün və komandasının 2-ci qolunu vurub.

Matç İngiltərə millisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra ingilislər adını yarımfinala yazdırıb.

DÇ-2026
1/4 final
12 iyul
01:00. Norveç - İngiltərə 1:2

Qol: Şeldrup, 36, Bellinqem, 45+2, 93

Norveç: Nyland, Ryerson, Ajer, Lisaker Heggem, Vulf, Ödeqor, Berge, Berq, Sörlot, Holand, Şelderup

İngiltərə: Pikford, O’Rayli, Qehi, Stounz, Konsa, Anderson, Rays, Qordon, Bellinqem, Madueke, Keyn.

Geri qayıt