Qelebə.az / FIFA-dan Venesueləyə 1 milyon dollarlıq humanitar yardım

FIFA-dan Venesueləyə 1 milyon dollarlıq humanitar yardım

Bu gün, 12:26

Beynəlxalq futbol federasiyası (FIFA) Venesuelədə baş vermiş zəlzələdən zərər çəkən bölgələrə təcili humanitar yardım üçün 1 milyon ABŞ dolları ayıracaq.

QELEBE.AZ xəbər verir ki, ayrılan vəsait fövqəladə hallara reaksiya xidmətlərinin gücləndirilməsinə, həmçinin yerli təşkilatların infrastrukturun bərpasına başlamasına imkan verəcək.

Bu təşəbbüs FIFA Fondunun təbii və texnogen fəlakətlərdən zərər çəkmiş bölgələrə operativ dəstək göstərilməsi üzrə öhdəliklərinin bir hissəsidir.

Qurumun prezidenti Canni İnfantino bildirib ki, dünya futbol ictimaiyyəti bu çətin günlərdə Venesuela xalqının yanındadır:

“Venesuela xalqı bu son dərəcə ağır günlərdə dünya futbol ailəsinin tam həmrəyliyinə arxalana bilər. Futbol insanları bir araya gətirmək və xüsusilə böhran dövründə onlara ümid vermək kimi unikal gücə malikdir. FİFA Fondu vasitəsilə Venesuela xalqına, eləcə də təcili yardımın ehtiyacı olan insanlara çatdırılması üçün yorulmadan çalışan humanitar təşkilatlara və yerli tərəfdaşlara dəstək verməkdən qürur duyuruq”.

Geri qayıt