Qelebə.az / Premyer Liqa: "Qəbələ" 6 turdan sonra qələbə qazanıb

Premyer Liqa: "Qəbələ" 6 turdan sonra qələbə qazanıb

18-02-2023, 16:57

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın qollarını 44-cü dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə əyalət təmsilçisinin yarımmüdafiəçisi İsnik Alimi avtoqol müəllifi olub.

Beləliklə, altı turdan sonra qalib gələn "Qəbələ" xallarını 31-ə çatdıraraq 4-cü pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"i sınağa çəkəcək.

Qeyd edək ki, açılış oyununda "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 19-da keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" matçları ilə yekun vurulacaq.

13:56

Azərbaycan Premyer Liqasının XXIII turunda üz-üzə gələcək "Qəbələ" və "Sumqayıt"ın start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

Qeyd edək ki, Qəbələ şəhər staionundakı qarşılaşma saat 15:00-da başlayacaq.

Geri qayıt