Qelebə.az / DÇ-26: İspaniya Belçikaya qarşı - YENİLƏNİR

DÇ-26: İspaniya Belçikaya qarşı - YENİLƏNİR

10-07-2026, 13:44

2026-cı il dünya çempionatında 1/4 final mərhələsi davam edir. 

QELEBE.AZ xəbər verir ki, turun ikinci oyun gününə Los Ancelesdə start verilib. 

İspaniya millisi Belçika ilə üz-üzə gəlir.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 30-cu dəqiqədə açılıb. Fabian Ruiz dəqiq zərbəylə İspaniya millisini hesabda önə keçirib. 

10 dəqiqə sonra Belçika hesabı bərabərləşdirib. 40-cı dəqiqədə De Ketelare başla dəqiq oynayıb: 1:1.

DÇ-2026
1/4 final
10 iyul
23:00. İspaniya - Belçika 1:1

Qol: F. Ruiz, 30, De Ketelare, 40

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Baena, Oyarzabal

Belçika: Kurtua, De Kuyper, Meçele, Nqoy, Kastan, Raskin, Vanaken, Doku, De Bruyne, Trossard, De Ketelare

Geri qayıt