Qelebə.az / Qubada beynəlxalq şahmat festivalı keçiriləcək

Qubada beynəlxalq şahmat festivalı keçiriləcək

9-07-2026, 16:46

Qubada ikinci dəfə Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Quba Open 2026” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Apasport.az xəbər verir ki, turnir sentyabrın 3-dən 10-dək Quba şəhərində baş tutacaq.

Turnirdə A qrupu (1900+ ELO), B qrupu (1899 ELO-dək), C qrupu (12 yaşadək), rapid və blits yarışları təşkil olunacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 24 420 manatdır.

Geri qayıt