Qelebə.az / “Tottenhem”dən “Fiorentina”ya - RƏSMİ

“Tottenhem”dən “Fiorentina”ya - RƏSMİ

Dünən, 14:42

"Fiorentina" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Tottenhem"dən Radu Draquşini icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı hücumçu qarşıdakı mövsüm A Seriyası təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Rumıniya millisinin üzvü olan Radu 2024-cü ildə "Cenoa"dan "Tottenhem"ə 28 milyon avro qarşılığında transfer olunub.

Geri qayıt