Qelebə.az / Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq

Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq

7-07-2026, 12:20

Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə Azərbaycanın U-19 millisinin üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

İdmançı 11-12 iyulda Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, yarışa U-19 və U-23 yaş kateqoriyalarındakı idmançılar qatılacaqlar.

Geri qayıt