Qelebə.az / UEFA-dan Tural Qurbanova növbəti təyinat

UEFA-dan Tural Qurbanova növbəti təyinat

6-07-2026, 15:36

FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Geri qayıt