Qelebə.az / “Əl-Əhli”dən vida paylaşımı: Mahrezlə yollar ayrıldı

“Əl-Əhli”dən vida paylaşımı: Mahrezlə yollar ayrıldı

4-07-2026, 22:25

“Əl-Əhli” Riyad Mahrezlə yollarını ayırıb.

QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu əlcəzairli futbolçu ilə vidalaşıb.

Tərəflər arasında müqaviləyə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.

35 yaşlı vinger 2023-cü ilin yayında “Mançester Siti”dən “Əl-Əhli”yə keçmişdi. Mahrez Səudiyyə klubunda çıxış etdiyi müddətdə komandanın Asiya Çempionlar Liqasını qazanmasında rol oynayıb.

Qeyd edək ki, Mahrez daha əvvəl “Lester” və “Mançester Siti”də çıxış edib. O, Əlcəzair millisi ilə 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Geri qayıt