Qelebə.az / Mərakeş tarix yazdı - Afrikada bunu bacaran ilk komanda oldu

Mərakeş tarix yazdı - Afrikada bunu bacaran ilk komanda oldu

4-07-2026, 23:19

Mərakeş millisi DÇ-2026-da tarixi uğura imza atıb.

QELEBE.AZ xəbər verir ki, komanda 1/8 finalda Kanadanı məğlub edərək 1/4 finala yüksəlib.

Bununla Mərakeş dünya çempionatları tarixində bir dəfədən çox 1/4 finalda oynayan ilk Afrika ölkəsi olub.

Mərakeş daha əvvəl DÇ-2022-də də 1/4 finala yüksəlmişdi. Həmin turnirdə komanda 1/8 finalda İspaniyanı penaltilər seriyasında keçmiş, 1/4 finalda isə Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdı. Mərakeşin həmin mundialdakı yolu yarımfinalda Fransa qarşısında başa çatmışdı.

Qeyd edək ki, Mərakeş DÇ-2026-nın 1/4 finalında Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Geri qayıt