Qelebə.az / Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi

Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi

3-07-2026, 11:06

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmanla bağlı qərar verib.

QELEBE.AZ xəbər verir ki, 38 yaşlı mütəxəssislə yollar ayrılıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Geri qayıt