Qelebə.az / Unai Simon rekord qırdı - DÇ tarixində zirvəyə yüksəldi

Unai Simon rekord qırdı - DÇ tarixində zirvəyə yüksəldi

3-07-2026, 01:09

İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinə düşüb.

QELEBE.AZ xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyunda qapısını toxunulmaz saxlayaraq mundial tarixinin ən uzun "quru seriya"sına imza atıb.

Simon dünya çempionatlarında ardıcıl 519 dəqiqə qol buraxmayaraq italiyalı Valter Zenqanın 1990-cı ildə müəyyənləşdirdiyi 517 dəqiqəlik rekordu geridə qoyub. Üçüncü pillədə isə 500 dəqiqə ilə İngiltərə əfsanəsi Piter Şilton qərarlaşıb.

Qeyd edək ki, Simonun dünya çempionatında son buraxdığı qol DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qeydə alınıb. O vaxtdan bəri o, mundiallarda qapısından top buraxmayıb.

Geri qayıt