Qelebə.az / Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

17-02-2023, 10:06

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək.

"QELEBE.AZ" AS nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı sloveniyalı funksioner bu posta yeganə namizəddir.

O, rəqibi olmadığı üçün aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçiləcək.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.

Geri qayıt