“Qalatasaray” müdafiəçisi Davinson Sançezlə bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, İstanbul klubu kolumbiyalı futbolçunun meneceriylə görüşüb.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, “sarı-qırmızılar” futbolçunun menecerinə klubun gözləntilərini qarşılayan təklif gələcəyi halda Sançezin satışını dəyərləndirə biləcəyini bildirib.
Qeyd edək ki, Davinson Sançez 2023-cü ildən “Qalatasaray”da çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.