Qelebə.az / Kabo-Verde Messiyə rəqib oldu: 1/16-da Argentinaya qarşı

Kabo-Verde Messiyə rəqib oldu: 1/16-da Argentinaya qarşı

27-06-2026, 07:25

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Kabo-Verde pley-offun ilk mərhələsində Argentina millisi ilə qarşılaşacaq.

Afrika təmsilçisi H qrupunu 3 xalla 2-ci pillədə tamamlayaraq tarixində ilk dəfə 1/16 finala yüksəlib. Argentina isə J qrupunda lider kimi pley-offa vəsiqəni təmin edib.

Qeyd edək ki, Argentina - Kabo-Verde qarşılaşması iyulun 3-də keçiriləcək.

Geri qayıt