DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütlüyü müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, Braziliya millisi pley-offun ilk mərhələsində Yaponiya ilə qarşılaşacaq.
Cənubi Amerika təmsilçisi C qrupunu 7 xalla lider tamamlayıb. Yaponiya isə F qrupunda Niderlanddan sonra ikinci yeri tutaraq 1/16 finala yüksəlib.
Qeyd edək ki, Braziliya - Yaponiya oyunu iyunun 29-da keçiriləcək. Qalib komanda 1/8 finalda Mərakeş - Niderland cütünün güclüsü ilə üz-üzə gələcək.