Qelebə.az / Ekvadorun qəhrəmanı - Anqulo matçın oyunçusu seçildi

Ekvadorun qəhrəmanı - Anqulo matçın oyunçusu seçildi

26-06-2026, 02:32

Ekvador millisinin futbolçusu Nilson Anqulo mükafat qazanıb.

QELEBE.AZ xəbər verir ki, o, DÇ-2026-nın E qrupunda Almaniyaya qarşı keçirilən matçın ən yaxşı futbolçusu seçilib.

Komandasının ilk qolunu vuran Anqulo görüşdən sonra FIFA tərəfindən “Matçın oyunçusu” mükafatına layiq görülüb.

Qeyd edək ki, Ekvador Almaniyanı 2:1 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb.

Geri qayıt