Qelebə.az / 41 yaşında yeni müqavilə - Tiaqo Silva vətəninə qayıtdı

41 yaşında yeni müqavilə - Tiaqo Silva vətəninə qayıtdı

23-06-2026, 00:51

Braziliya millisinin sabiq müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, 41 yaşlı futbolçu “Portu”dan ayrıldıqdan sonra “Fluminense” ilə müqavilə imzalayıb.

Tərəflər arasında bağlanan anlaşmanın müddəti 1 illik olaraq nəzərdə tutulub.

Qeyd edək ki, Tiaqo Silva peşəkar karyerası ərzində “Fluminense”, “Milan”, PSJ və “Çelsi” kimi klubların formasını geyinib. Təcrübəli müdafiəçi Braziliya millisinin heyətində 100-dən çox oyuna çıxıb.

Geri qayıt