Qelebə.az / Cüdoçumuzdan bürünc medal

Cüdoçumuzdan bürünc medal

21-06-2026, 13:41

Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ilk yarış gününə yekun vurulub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi günü bir medalla başa vurub.

Rəsul Əlizadə (-60 kq) bürünc mükafat qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

O, üçüncülük uğrunda görüşdə fransalı Lüsyen Tiksyeni məğlub edib.

Turnirə bu gün yekun vurulacaq. Son yarış günündə yığmamızın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Geri qayıt