Qelebə.az / Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”

Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”

19-06-2026, 02:11

“Real”ın yeni futbolçusu Mark Kukurelya transferi barədə danışıb.

Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi Madrid klubuna keçidinin qısa müddətdə reallaşdığını bildirib.

“Real”a keçidim çox sürətli baş verdi. Hər şey 36-48 saat ərzində oldu. Mən də buna üstünlük verirdim, başağrısı olmadan. İndi isə çox xoşbəxtəm”, - deyə Kukurelya bildirib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu yay "Çelsi"dən "Real"a transfer olunub. Madrid təmsilçisi futbolçu üçün 55 milyon avro ödəyib, müqavilənin müddəti isə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Geri qayıt